Cavid Osmanov: Anti-milli qüvvələrin Azərbaycan cəmiyyətində yeri yoxdurbackend

“Prezident İlham Əliyev Suqovuşanda nitq söyləyərkən əli Azərbaycan xalqının qanına bulaşmış, birinci Qarabağ müharibəsində Ermənistana havadarlıq edən qüvvələrin gücü ilə, o cümlədən bir zamanlar Azərbaycana rəhbərlik edən AXC-Müsavat cütlüyünün bəzi üzvlərinin xəyanəti nəticəsində Azərbaycan torpaqlarını işğal edən Serjik Sarkisyan haqqında öz fikirlərini bildirib.

Serjik Sarkisyan Xocalı qatili, cinayətkar məxluqdur. Ona görə də Prezident İlham Əliyev çıxışı zamanı Serjik Sarkisyanın Azərbaycan haqqında heç bir söz deməyə haqqı olmadığını bildirib və layiq olduğu sözlərlə onu yerində oturdub. Serjik Sarkisyan Vətən müharibəsində qorxusundan qaçıb siçovul yuvasına girmişdi. İndi də həmin yuvadan bir neçə saniyəlik çıxır, ölkəmiz haqqında cəfəng fikirlər səsləndirib geri qayıdır”.

Bu fikirləri Milli Məclisin deputatı Cavid Osmanov söyləyib.

Deputatın sözlərinə görə, burada maraqlı məqam ondan ibarətdir ki, Serjik Sarkisyanın doğmaları, onunla əlbir olan və bu gün də xəyanətkar missiyalarını yerinə yetirənlər, yəni li Kərimlilər, Arif Hacılılar, eyni zamanda onların “kompüter qəhrəmanları”, Qənimət Zahid, Sevinc Osmanqızı, Milli Şuranın bəzi üzvləri tez-tələsik Serjik Sarkisyanı müdafiə etməyə başladılar: “Əslində bu, təəccüblü deyil, çünki həmin adamlar uzun illərdir ki Azərbaycan cəmiyyətində yer tapa bilmədikləri üçün Serjik Sarkisyanın yanında qərarlaşıblar. Ona görə də, hərəsi bir status yazaraq Serjikin müdafiəsinə qalxdılar. Bundan sonra Serjik Sarkisyan da öz doğmalarına arxayın olaraq gizləndiyi siçovul yuvasından çıxdı. Əlbəttə ki, həmin adını çəkdiklərim arasında böyük bir bağlılıq var və bu bağlılıq onların ortaq xəyanətkarlıq missiyası ilə əlaqədardır. Ümumiyyətlə, anti-milli qüvvələrin Azərbaycan cəmiyyətində yeri yoxdur, çünki xalqımız belələrini hələ uzun illər əvvəl tarixin arxivinə yollayıb”.