Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Fəxri xiyabanda mərhum Heydər Əliyevin məzarını ziyarət edərkən nazir müavini Cavid Qurbanov gözə dəyməyib.
Reportyor.info xəbər verir ki, o, nə rəhbərliyin, nə də sıravı işçilərin arasında olub.
Cavid Qurbanovun rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olaraq ziyarətdə iştirak etməməsi müəyyən mülahizələrə yol açıb.
Bəzi ehtimallara görə, Cavid Qurbanov vəzifəsindən azad edilib. Lakin onun adının hələ də nazirliyin saytında nazir müavini kimi qeyd edilməsi bu ehtimalın bir qədər inandırıcı olmadığı qənaətini yaradır.
Başqa mülahizələrə görə isə Cavid Qurbanov sadəcə formal vəzifə daşıyır. Bu baxımdan, onun nazirliyin kollektivi ilə ziyarətə gəlməsi məqəsədəuyğun hesab edilməyib.