Çavuşoğlu və Lavrov görüşdübackend

Türkiyə və Rusiyanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu ilə Sergey Lavrov Belqradda görüşüblər.

“Yeni Gündem” xəbər verir ki, bu barədə Çavuşoğlu öz tviter hesabında məlumat verib.

“Belqradda Rusiya xarici işlər naziri Lavrovla Prezidentlərimizin Soçidə müzakirə etdikləri məsələlərdən danışdıq”, –  deyə M. Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, Belqradda Qoşulmama Hərəkatının 60 illiyi ilə əlaqədar beynəlxalq konfrans keçirilir.