Çay və qəhvəyə şəkər əlavə etmək haqqında mif dağıldıbackend

Leiden Universitetinin (Hollandiya) alimləri müəyyən ediblər ki, çay və qəhvəyə şəkər əlavə etmək orqanizmə mənfi təsir göstərmir.Müəlliflər içkiyə müxtəlif miqdarda şəkər əlavə edilmiş müntəzəm olaraq çay və ya qəhvə içən təxminən 3000 iştirakçının 32 illik təqibindən əldə edilən məlumatları təhlil ediblər.

“Yeni Gundem” xəbər verir ki, təhlillərin nəticələri göstərib ki, içkilərə şəkər əlavə etmək vaxtından əvvəl olan ölümlərlə heç bir əaqəsi yoxdur.

Dadlandırıcı ilə çay və qəhvə içənlər, şəkər istehlak etməyənlərə nisbətən öz erkən ölüm riskini yalnız bir dəfə artırır. Alimlər bu fərqin çox kiçik olduğunu qeyd ediblər.

Müəlliflər onu da qeyd ediblər ki, bu təsir yalnız içkiyə 5 qram şəkər əlavə edildikdə davam edir. Qazlı içkilər, şirələr və digər içkilərin tərkibində təxminən 25 qram şəkər var, ona görə də bu içkilər sağlamlığınıza təsir edir.

Mənbə: mail.ru

Aynur Camal