Əsgərlərə və xəstələrə mənalı yardım!
Ukraynalılar hərbi hissələrə və xəstələrə kömək etmək üçün tullantı materiallarını təkrar emal edirlər. Ukrayna-Rusiya müharibəsi davam etdiyi bir vaxtda ukraynalılar tullantı materiallarını təkrar emal etməklə həm hərbi hissələrinə, həm də xəstə uşaqlara kömək edirlər.
Ukraynanın Buça şəhərində EcoHub layihəsi çərçivəsində ukraynalılar Ukrayna ordusuna kömək etmək və xəstə uşaqlara dəstək olmaq üçün tullantı materiallarını təkrar emal edirlər.
Layihədə alüminium və metal qablar kimi müxtəlif materiallar təkrar emal edilir və bu prosesdən əldə edilən gəlir həm hərbi hissələrə dəstək olur, həm də xəstə uşaqlara kömək edir.
Mənbə: TGRT
Aynur Camal