Cəbrayıl sakini Prezidentə müraciət etdi: Yasamal məhkəməsi məni intihara sürükləyirbackend

Cəbrayıl rayon sakini Aslanov Nəsib İmran oğlu Ölkə başçısı İlham Əliyevə müraciət edib.

Saytımız vasitəsilə Ölkə başçısına müraciət edən Nəsib Aslanov məhkəmə orqanları tərəfindən incidildiyini bildirərək ona yardımçı olmağını xahiş edib. Şikayətçi bildirib ki, Yasamal rayon məhkəməsinin İcra və Probasiya şöbəsi  onu intihara sövq edir. “Mən artıq intihar həddindəyəm, Cənab prezident mənə yardımçı olun”- deyə Nəsib Aslanov yardım istəyib.

Həmin müraciəti Busaat.az olaraq olduğu kimi təqdim edirik.

Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevə
MÜRACİƏT

Hörmətli cənab Prezident!

Mən bir Azərbaycan vətəndaşı kimi Sizə müraciət edirəm. Çünki dəfələrlə ehtiyacı olanlara, xəstə insanlara və sadə insanların hüquqları məmurlar tərəfindən pozulduqda, onlara köməklik göstərdiyinizin şahidi olmuşam. Qeyd etmək istəyirəm ki, Sizin bu xeyirxah əməlləriniz biz vətəndaşları öz dövlətimizə və onun rəhbərinə etimadı daha da artırır. Respublikamizdan çox-çox uzaqlarda belə böyük fəaliyyətləriniz dünya ictimayyəti tərəfindən böyük rəqbətlə qarşılanır və böyük nüfuz qazanmağınız bizləri sevindirir. Xüsusən Respublikamızda yaşayan və qayğıya ehtiyacı olan ailələrə göstərdiyiniz münasibət hamı tərəfindən yüksək qiymətləndirilir. Bunun nəticəsidir ki, çətinliyə düşən hər kəs Sizə müraciət etmək qərarına gəlir. Ümüdvarıq ki, köməkliyinizi mənədə edəcəksiniz. Məhz bizi Sizə müraciət etməyə sövq edən səbəblərindən də biri budur.

Bildirmək istəyirəm ki, mənim hüquqlarım pozulduğu üçün, Yasmal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişəm və borclu Yasamal rayonu Mətbuat prospekti, ev 36, 2 saylı Yataqxanada qeydiyyatda olan Abbasov Ədalət Şirməmməd oğlundan pulumu tələb etmişəm. Sədrlik edən hakim cənab Ayaz Məmmədov ədalətli olaraq mülki işə baxdı və Qətnamə qəbul etdi. Borclu həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə şikayət etsə də şikayəti təmin olunmadı və Yasamal rayon Məhkəməsinin Qətnaməsi qüvvədə saxlanıldı. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Yasamal İcra və Probasiya şöbəsinə göndərilmişdir.

Lakin, İcra və Probasiya şöbəsi müxtəlif bəhanələrlə məni aldadır və işimi icra etmir.

Azərbaycan Respublikasının Konistitusiyasının 129-cu maddəsinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir və Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

İcra haqqında Azərbaycan Respublikasının qanunun 12.1-ci maddəsinə əsasən: İcra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər.

Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi həmin qanunun 43-cü maddəsinə əsasən icra məmuru tərəfindən məcburi icra tədbirləri görülməlidir.

Güman edirəm ki, icra məmuru məhkəmənin Qərarını icra etməməsi, onların bu işdə maraqlı, qərəzli və ya öz səlahiyyətlərinə biganə olmasını özündə əks etdirir.

Ən acınacaqlısı ondan ibarətdir ki, işə baxmış məhkəmə instansiyalarının dövlət adından çıxarılmış Qərarları indiyə kimi icra olunmur, bu halda nəticədə bizim Azərbaycan Respublikası Konstitusiyası, qanunları və tərəfdar çıxdığı beynəlxalq müqavilələri ilə qorunan ədalətli məhkəmə hüququmuz kobud surətdə pozur.

Polis necə ola bilir ki, cinayətkarı dərhal tapır və barəsində tədbir görə bilir, amma icra və probsiyanın axtarışına biganə yanaşır.

Borclunun yerini bilirəm, qaldığı ünvanı tanıyıram və dəfələrlə polisə və icra və probasiya şöbəsinə desəm də heç bir müsbət əməllərini görmürəm. Əksinə hər iki təşkilat borclunu müdafiyə edir.

Cənab Prezident, Sizə bu müraciəti yazmaqda məqsədim odur ki, bu haqsızlıqları aradan qaldırmaq və pozulmuş hüquqlarımın bərpa edilməsi üçün Ədliyyə orqanlarına o, cümlədən Yasamal rayon Məhkəməsinə, Yasamal rayon Polisinə və İcra və Probasiya şöbəsinə ciddi tapşırıq verəsiniz.

Həmçinin onu da qeyd edirik ki, mənim hal-hazırda həyatda təkcə ümidimiz Sizə bu müraciəti yazmaqdır.

Əvvəlcədən minnətdarlığımızı bildirirəm.

İmza: Aslanov Nəsib İmran oğlu.

17.02.2021-ci il.

Əlaqə nömrəm: 070-744-45-22