Çeçenistan lideri Kadırov öz tərəfini seçdibackend

İsrail və Fələstin arasında münaqişələr şiddətlə davam edərkən, Çeçenistan lideri Ramazan Kadırov diqqətçəkən bəyanatla çıxış edib. Kadırov lazım gələrsə, ordusunu Fələstinə göndərə biləcəyini deyib.

“Yeni Gundem” xəbər verir ki, HƏMAS-ın İsrailə qarşı başlatdığı Əqsa tufanı əməliyyatından sonra bölgədə hər keçən dəqiqədə ölənlərin sayı artdığı üçün Çeçenistan lideri Ramazan Kadırov qanlı qarşıdurmaların dayandırılmasına da çağırıb.

Bölgədə asayişi qorumaq üçün ordusunu sülhməramlı qüvvələr kimi Fələstinə göndərməyə hazır olduğunu bildirən Kadırov: “Müsəlman ölkələrinin liderlərinə müraciət edirəm. Koalisiya yaradaq. Gəlin Avropanın və bütün Qərbin yaraqlıları məhv etmək bəhanəsi ilə dinc əhalini bombalamasına mane olaq. Biz Fələstini dəstəkləyirik. Və digər münaqişələrdən fərqli olaraq, biz bu müharibəyə qarşıyıq”.

”Mən özüm İsrailə getdim. Bizim dinc nümayəndə heyətimiz isə açıq təxribat cəhdlərinə birbaşa məruz qalıb. Lazım gələrsə, bölmələrimiz asayişi qorumaq və qarışıqlıq yaradanlara qarşı mübarizə aparmaq üçün sülhməramlı qüvvələr kimi fəaliyyət göstərməyə hazırdır”.

Mənbə: TGRT

Aynur Camal