Cəlilabadda ağır yol qəzası – 1 ölü, 2 yaralıbackend

Cəlilabad rayonunun Alar kəndində ölümlə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.

“Yeni Gündem” xəbər verir ki, kənd ərazisində “Ford” və “Jiquli” markalı avtomobillər toqquşub. Nəticədə, “Jiquli”nin sürücüsü hadisə yerində həyatını itirib.

Xırdalan şəhər sakini, 1974-cü il təvəllüdlü Yaşar Tahirov və Şəki rayon sakini, 1974-cü il təvəllüdlü Gültəkin Bədəlova müxtəlif bədən xəsarətləri alıb.

Xəstələr ilkin müayinə üçün Biləsuvar Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyətləri normaldır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat katibi Rəvanə Əliyeva hadisə ilə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yaralılar ilkin müayinələrdən sonra evə buraxılıb, müalicələri ambulator şəraitdə davam etdirilir.