Cəlilabadda piyadanı maşın vuraraq öldürübbackend

Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Yenigundem” xəbər verir ki, Göytəpə şəhər sakini Bayramov Teymur Seyfi oğlu yolu keçən zaman onu avtomobil vurub.

Zərərçəkmiş hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.