Cənubi Koreyada həkim böhranı davam edirbackend

Cənubi Koreya tibb fakültəsi kvotalarının artırılması qərarına etiraz olaraq istefalarını təqdim edən təxminən 5 min intern həkimə lisenziyalarının dayandırılacağını bildirərək xəbərdarlıq bildirişi göndərildiyini bildirdi. Yonhap xəbərinə görə, Cənubi Koreya Səhiyyə Nazirliyi istefa ərizəsi ilə müraciət edən və vəzifəsini tərk edən 4 min 944 intern həkimə lisenziyalarının dayandırılması ilə bağlı xəbərdarlıq edildiyini, həkimlərə isə vəzifə yerinə qayıtmaları üçün martın 25-dək vaxt verildiyini açıqlayıb.

Səhiyyə nazirinin müavini Jun Byung-wang açıqlamasında nazirliyin işə qayıtmaq istəyən həkimlər üçün qaynar xətt açdığını və hökumətin bu həkimlərə dəstəyini əsirgəməyəcəyini bildirib.

 Nazirliyin məlumatlarına görə, hökumətin tibb fakültəsi kvotalarını artırmasına etiraz olaraq istefa verən kursant həkimlərin sayı cümə günü 100 təhsil xəstəxanasında 11 min 994-ə çatıb.

Bu rəqəm Cənubi Koreyada intern həkimlərin 93 faizini təşkil edir.

Nə olub?

Cənubi Koreyanın Səhiyyə və Rifah Nazirliyi kənd yerlərində və mühüm tibb sahələrində səhiyyə xidmətlərinin qeyri-kafi olması səbəbindən tibb fakültəsi kvotalarını 2 min nəfər artırmaq qərarına gəlib.

Bunun üzərinə ölkədəki həkimlər fevralın 20-də Seul başda olmaqla bir çox şəhərdə hökumətin planının “tibbi təhsil və xidmətin keyfiyyətini aşağı salacağı” səbəbilə etiraz aksiyaları təşkil etmiş və minlərlə stajyer həkim istefa ərizəsi vermişdi.

Hökumət istefaların ictimai sağlamlığa təsirini əsas gətirərək, ictimai sağlamlıq riski səviyyəsini “ehtiyatlı”dan “ciddi” səviyyəyə qaldırdı.

Tibb fakültəsi tələbələrinin sayının artırılması təşəbbüsünə etiraz edən minlərlə intern həkimi istefaya təşviq etmək və yönləndirmək iddiası ilə Koreya Tibb Assosiasiyası və Koreya Pediatriya Assosiasiyasından 5 nəfərə qarşı istintaq başladılıb.

İntern və assistent həkimlərin kütləvi şəkildə istefaya getməsi ilə əlaqədar martın 8-də tibb bacılarına təcili yardımda xəstələrə ürək masajı və dərman müalicəsi aparmaq icazəsi verilib.

Mənbə: TrtHaber

Aynur Camal