“Cəsur qız” 50 nəfərlik siyahıdadırbackend

İsrail rəhbərliyi atəşkəsin 2 günlük uzadılması qərarı çərçivəsində İsrail həbsxanalarından azad ediləcək 50 fələstinli qadın məhbusun siyahısını təsdiqləyib.

“Yeni Gundem”in əldə etdiyi məlumata görə, Fələstin müqavimətinin simvolik simalarından olan Ahed Tamimi də siyahıya daxil edilib.

Xatırladaq ki, Noyabrın 24-də İsrail və Həmas arasında 4 gün müddətinə razılaşdırılmış müvəqqəti atəşkəs 2 gün daha uzadılıb. Razılaşma çərçivəsində əsir mübadiləsi razılaşmasına uyğun olaraq HƏMAS indiyədək biri kişi, digərləri qadın və uşaq olmaqla 51 israilli girovu, 150 fələstinli qadın və uşaq isə İsrail həbsxanalarından azad edilib.

Tamimi 3 həftə əvvəl işğal altındakı İordan çayının qərb sahilindəki evinə basqın zamanı İsrail ordusu tərəfindən saxlanılmışdı.

AHED TAMAMI KİMDİR? CƏSARƏT SİMVOLU

Ahed Tamimi 31 yanvar 2001-ci ildə Nəbi Saleh kəndində Bassem et-Tamimi və Nəriman et-Tamiminin qızı olaraq anadan olub. Dünya Tamimi ilə 2012-ci ildə, hələ 11 yaşında olarkən, onun İsrail əsgərini yumruqla hədələdiyi kadrlarla tanış olub.

2016-cı ildə qardaşını daş atdığına görə saxlamağa çalışan əsgərlərdən xilas etməyə çalışarkən mətbuatda xəbər yayılmışdı.

2017-ci il dekabrın 15-də ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra keçirilən etiraz aksiyaları zamanı o, iki silahlı İsrail əsgərini qışqıraraq, vurub və təpikləyərkən görüntülənib.

2017-ci il dekabrın 19-da o, əsgərə şillə vurduğu üçün İsrail hakimiyyəti tərəfindən saxlanılıb. Hadisə lentə alınıb və internetdə yayılıb və onun həbs müddəti 6 dəfə uzadılıb. 12 fərqli cinayətdə günahlandırılan Təmimi təxminən 3 ay sonra İsraildə hərbi məhkəmədə mühakimə olundu və 8 ay həbs cəzasına məhkum edildi.

Amnesty İnternational onun azadlığa buraxılmasını tələb edərkən, o, Amerika qaradərililərinin simvolu olan Roza Parksla müqayisə edilib və 29 iyul 2018-ci ildə azadlığa buraxılıb.

2018-ci il aprelin 4-də Tamiminin iki İsrail rəsmisi tərəfindən təqib və təhdid edildiyini əks etdirən video yayımlanıb. Tamimi bu şəxslərə qarşı məhkəmə iddiası qaldırıb.

 İndiyədək İsrail ordusunun gülləsindən 3 dəfə yaralanan Təmimi “Hənzalə Cəsarət Mükafatı”nın sahibidir.

Mənbə: TGRT

Aynur Camal