Ceyhun Bayramov Sergey Lavrovu qəbul edib – YENİLƏNDİbackend

Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrovun təkbətək görüşü başa çatıb.

Yeni Gündəm” xəbər verir ki, hazırda nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilir.

11:39

Xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “Twitter“ hesabında bildirilib.