Ceyhun Bayramov Türkiyəyə səfər edəcəkbackend

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edəcək.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu” agentliyinə müsahibəsində açıqlayıb.

Onun sözlərinə görə, səfər gələn həftə baş tutacaq.

Çavuşoğlu, həmçinin qeyd edib ki, gələn həftə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian da Türkiyəyə səfər edəcək.