Ceyhun Səfərov mətbuat katibi oldubackend

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində yeni kadr dəyişikliyi olub.

“Yeni Gundem”in verdiyi xəbərə görə, “Azəriqaz”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev vəzifəsindən azad edilərək, Şikayətlərin araşdırılması şöbəsinin rəisi təyin olunub.

Onun yerinə isə ATV-nin keçmiş aparıcısı, jurnalist Ceyhun Səfərov təyin olunub.