Chanel mağazasından 99 çanta oğurlandı!backend

ABŞ-da Chanel mağazalarından birində həyata keçirilən quldurluqda oğrular azı 250 min dollar dəyərində 99 çanta oğurlayıblar. ABŞ-ın paytaxtı Vaşinqtonda Fransanın “Chanel” moda evinin mağazası qarət edilib. Bazar günü yerli vaxtla saat 17.30 radələrində bir qrup ağ rəngli avtomobildən düşərək mağazaya daxil olub. Oğrulardan biri ətrafa yanğınsöndürən balon səpərək diqqəti yayındırmağa çalışarkən, ikisi qapıda gözləyib, digərləri isə tez bir zamanda çantaları rəflərə yığıblar.

Bildirilib ki, mağazada işləyən mühafizəçi qarətdən sonra qaçan insanların qarşısını almaq üçün atəş açıb, lakin oğrular qaça biliblər. Polisin verdiyi məlumata görə, qarət zamanı ümumi dəyəri ən azı 250 min dollar olan 99 çanta oğurlanıb.

Vaşinqton Metropoliten Polis Departamenti hələlik şəxsiyyəti müəyyən edilməmiş soyğunçulardan birinin təhlükəsizlik kamerası görüntülərindən çəkilmiş fotonu yayıb. Oğurluğa qarışan 6 nəfərin tapılması üçün əməliyyat başlanarkən, polisin verdiyi açıqlamada əməliyyata töhfə verəcək məlumatları paylaşanlara min dollar mükafat veriləcəyi bildirilib.

Mənbə: hurriyyət.tr

Aynur Camal