ChatGPT ilk dəfə olaraq smartfona inteqrasiya olunubbackend

Satışa çıxarılacaq Infinix markasının Note 30 seriyasında ChatGPT botunun Folax rəqəmsal köməkçisinə inteqrasiya ediləcəyi deyilir.

“Yeni Gundem” xəbər verir ki, openAI tərəfindən hazırlanmış ChatGPT, demək olar ki, hər şeyi bilən şəxsi müəllim kimi bir çox suallara təbii cavab verə bilər. ChatGPT ilk dəfə olaraq smartfona inteqrasiya olunacaq.

Şirkətin artıq istifadədə olan Folax adlı rəqəmsal köməkçisi tezliklə ChatGPT dəstəyi ala bilər.

Məlumata görə, istifadəçilər mikrofon düyməsini basdıqda, Folax aktivləşəcək və ChatGPT əsaslı Bing axtarış sisteminin nəticələrinə çox oxşar nəticələr verəcək.

Qeyd olunub ki,Infinix Note 30 seriyalı smartfonlar ölkəmiz də daxil olmaqla qısa müddət ərzində satışa çıxarılacaq. Beləliklə, brend ChatGPT-ni telefonlarına inteqrasiya edən ilk smartfon istehsalçısı olacaq.

Mənbə: EnSonHaber

Aynur Camal