Çilidə alovları söndürmək mümkün deyil: Ölənlərin sayı 112-yə çatıb.
Cənubi Amerika ölkəsi Çilidə eyni vaxtda 92 yerdə davam edən meşə yanğınları səbəbiylə yüzlərlə ev kül olub, minlərlə insan isə evlərini tərk etmək tələb olunub.
İndiyədək ölənlərin sayı 112-yə yüksəlsə də, Santyaqo hökuməti fövqəladə vəziyyət elan edib.
Həyatını itirənlərlə yanaşı yüzlərlə adamın da itkin düşdüyü bildirilib. Prezident Qabriel Boriç milli matəm elan edildiyini açıqlayıb.
El Nino hava fenomeni bu il Cənubi Amerikanın qərbində normaldan yüksək temperatura səbəb olub, meşə yanğınları riskini artırıb. Ötən ay Kolumbiyada 17 min hektar meşə sahəsi yanğınlar nəticəsində məhv olub. Okeanda baş verən El Nino hava hadisəsi sahilyanı ərazilərdə və sonra bütün dünyada temperaturun artmasına, ifratçılığa, isti fəsillərə gətirib çıxarır.
Mənbə: hurriyyət.tr
Aynur Camal