Çilidə meşə yanğını! Onlarla ev kül oldu, 2 nəfər həyatını itirdibackend

Çilinin Valparaiso bölgəsində meşə yanğını evlərə keçib. Yanğın nəticəsində 2 nəfərin öldüyü, bəzi ərazilərdə şəhər sakinlərinin evlərindən təxliyə edildiyi açıqlanıb.

Çilinin mərkəzindəki Valparaiso bölgəsində çərşənbə günü axşam saatlarında başlayan meşə yanğınları evlərə də keçib. Milli Fəlakətin Qarşısının Alınması və Cavab Xidməti (Senapred) qırmızı xəbərdarlıq edərkən, bəzi bölgələr boşaldılıb.

Səlahiyyətlilər bir evdə iki nəfərin cəsədinin tapıldığını bildiriblər. Çili prezidenti Qabriel Boric açıqlamasında bölgədəki yanğında 20 evin külə döndüyünü bildirib.

Digər tərəfdən, fevralın əvvəlində də Valparaisoda baş verən meşə yanğınlarında 134 nəfər həyatını itirib, 8 mindən çox ev kül olub.

Mənbə: hurriyyət.tr

Aynur Camal