Rusiya peykləri problemli yerlərin görüntülərini paylaşıb. Rusiya peykləri Çilidəki yanğınları izləyir. Onların fotoları Roskosmos teleqram kanalında yayımlanıb.
“Fevralın əvvəlindən yüksək sürətlə yayılan yanğın artıq sənaye sahələrinə də çatıb və burada kimya zavodlarında və anbarlarda bir sıra partlayışlara səbəb olub. Komendant saatı tətbiq edilib və yanğından istifadə və yanacağın daşınması ilə bağlı fəaliyyətlər məhdudlaşdırılıb. Minlərlə ev yanıb, yanğın on minlərlə hektar ərazini əhatə edib. Səbəblər yüksək temperatur, güclü külək və aşağı rütubətdir”, – mənbə bildirib. Bütün şəkillər Kanopus-V seriyalı peyklər tərəfindən çəkilib. Yerli qurğular Roskosmos, Fövqəladə Hallar Nazirliyi, Roşidromet, Təbii Sərvətlər Nazirliyi və Rusiya Elmlər Akademiyasının maraqlarına uyğun işləyir. Təkcə Rusiyada deyil, bütün dünyada texnogen və təbii fövqəladə halların operativ monitorinqi onların vəzifəsi sayılır.
Buna misal olaraq, Rusiya kosmik gəmiləri Yerdə buna oxşar hadisələri sadalayıb: Yaponiyada vulkan oyanışı, Türkiyədə nəhəng tektonik qırılma, Türkiyədə zəlzələlərin nəticələri, Şimal axınında qaz sızması, Qrenlandiyada buzlaqların əriməsi və. s.
Mənbə: mail.ru
Aynur Camal