Çin mülki şəxslərə hücumları dayandırmağa çağırıbbackend

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bazar ertəsi brifinqdə bildirib ki, Çin Ukraynadakı münaqişə tərəflərini maksimum təmkin nümayiş etdirməyə və mülki hədəflərə hücumlardan çəkinməyə çağırıb.

“Çinin Ukrayna böhranı ilə bağlı mövqeyi ardıcıl və son dərəcə aydındır. Biz müvafiq tərəfləri maksimum təmkin nümayiş etdirməyə, mülki hədəfləri hədəf almamağa və mülki şəxslərin təhlükəsizliyini qorumağa çağırırıq”, – Mao Ninq bildirib.

Onun sözlərinə görə, Pekin həmişə “dialoq və danışıqların Ukrayna böhranını həll etmək üçün yeganə məqbul yol olduğuna” inanıb.

“Ümid edirik ki, bütün tərəflər böhranın siyasi həlli üçün səy göstərəcək, atəşkəsi və müharibəni mümkün qədər tez dayandıracaq və vəziyyətin yumşaldılmasına birgə töhfə verəcək”, – o əlavə edib.

Mənbə: mail.ru

Aynur Camal