Çin prezidenti Si Cinpin martın 20-də Rusiyaya üç günlük səfər edəcək.
“Yeni Gundem” xəbər verir ki, Çin lideri Moskvaya Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri ilk səfəridir.
Çin Xalq Respublikasının Sədri Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə ölkəsinə rəsmi səfərə gedir.
Çin liderinin səfəri Çin Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənib.
Rusiya tərəfinin görüşlə bağlı bəyanatında deyilir ki, danışıqlar zamanı “hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlıq” məsələləri müzakirə olunacaq.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Ukrayna hələ də söhbət mövzularından biri olacaq.
“Əlbəttə, Ukraynadakı münaqişə müzakirə olunacaq. Biz Çin rəhbərliyinin bununla bağlı təmkinli və ölçülüb-biçilmiş mövqeyini yüksək qiymətləndiririk, Çinin razılaşma planından xəbərdarıq”, – deyə Uşakov bildirib.
Fərahim Rəhimov