Çin sionist rejimi xəritədən sildibackend

Çinin rəqəmsal xəritəçəkmə proqramları öz platformalarından sionist işğal rejiminin adını və qondarma bayrağını çıxarıb.

“Yeni Gundem” xəbər verir ki, Sionist işğalçı rejimin Qəzza zolağının blokadası və ağır bombardımanı davam edərkən, Çindən diqqətəlayiq bir addım atılıb.

Bütün ölkələrə öz bayraqları ilə birgə yer verən məşhur Çin rəqəmsal xəritə proqramları və internet saytları sionist işğal rejiminin adını və qondarma bayrağını silib.

Rəqəmsal xəritə tətbiqləri və internet saytlarında bölgədəki digər şəhər adlarının eyni qaldığı müşahidə edilib. Cib telefonu ilə xəritəyə daxil olan zaman da oxşar vəziyyətin yaşandığı görülür.

Bu barədə şirkətlərdən məsələ ilə bağlı açıqlama verilməyib.

İki dövlətli həllin tərəfdarı olan və Fələstin dövlətinin tanınmasını istəyən Çin Qəzzada bir an əvvəl atəşkəs əldə olunmasını istəyir.

Mənbə: İLKHA

Aynur Camal