Çin “sülh formulu” ilə bağlı görüşdən imtina etdibackend

Maltada Kiyev “sülh formulu”nun həyata keçirilməsinə həsr olunmuş iclasda Çin nümayəndələri iştirak etməyəcək.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

İştirakçılar siyahısına G7 ölkələri, Cənubi Afrika Respublikası, Qətər, Türkiyə və Hindistanın daxil olduğu aydınlaşdırılır. Agentliyin məlumatına görə, bəzi ölkələr – məsələn, Braziliya və Çili konfransda onlayn şəkildə iştirak edəcək. Ukrayna prezidenti Vladimir Zelenskinin ofisi Maltada keçirilən görüşdə 50-dən çox dövlətin nümayəndəsinin iştirak etdiyini bildirib.

Daha əvvəl bildirilmişdi ki, Ukrayna prezidentinin ofisinin rəhbəri Andriy Ermak Kiyevin tərəfdaşları ilə Maltada Ukraynanın “sülh formulu” üzrə danışıqlar aparmağa razılaşıb. Qeyd olunub ki, o, xüsusilə, milli təhlükəsizlik müşavirləri və siyasi müşavirlərin görüşünü keçirməyi planlaşdırır.

Mənbə: Lenta.Ru

Aynur Camal