Cənubi Koreya 2 Çin və 4 Rusiya təyyarəsinin Koreya Hava Hücumundan Müdafiə və Kimlik Zonasına (KADIZ) daxil olduğunu və bölgəyə döyüş təyyarələri göndərdiklərini açıqlayıb.
Cənubi Koreya Baş Qərargahından verilən yazılı açıqlamada, günorta saatlarında 2 Çin və 4 Rusiya təyyarəsinin Ulleunq adasının şimalındakı KADİZ-ə daxil olduğu bildirilib. Açıqlamada təyyarələrin ölkənin hava məkanını pozmadığı, Cənubi Koreyanın ehtiyat tədbiri olaraq bölgəyə döyüş təyyarələri göndərdiyi bildirilib.
Beynəlxalq hüquqda müəyyən edilməyən və heç bir beynəlxalq orqan tərəfindən idarə olunmayan Hava Hücumundan Müdafiə və İdentifikasiya Zonası (ADIZ) ümumiyyətlə ölkələr tərəfindən birtərəfli qaydada elan edilir.
İdentifikasiya zonasına (ADİZ) ölkənin müəyyən edilmiş hava məkanını pozmaq niyyətində olmayan mülki təyyarələr daxil deyil, lakin bölgəyə daxil olan hərbi təyyarələr potensial təhlükə kimi qiymətləndirilir və xəbərdarlıq edilir.
Mənbə: TGRT
Aynur Camal