Çin Xalq Bankı siyasət faizini sabit saxlayıbbackend

Çin Xalq Bankı (PBoC) 1 illik borc faiz dərəcəsini (siyasət dərəcəsi) sabit saxlasa da, Orta Müddətli Kredit Mexanizmi (MLF) və əks repo əməliyyatları vasitəsilə bazara köçürdüyündən daha çox pul vəsaitini geri alıb.

PBoC tərəfindən edilən açıqlamada, MLF vasitəsilə 387 milyard yuan (təxminən 53,78 milyard dollar) bir il müddətinə 2,5 faiz faizlə banklara, əks repo əməliyyatları vasitəsilə isə 13 milyard yuan (təxminən 1,81 milyard yuan) köçürülüb.

Bank MLF vasitəsilə 15 mart 2023-cü ildə banklara 481 milyard yuan (təxminən 66,84 milyard dollar) nağd pul təqdim edib. Sözügedən kreditlərin 1 illik ödəmə müddəti bitdiyindən və eyni faizlə daha az pul köçürüldüyü üçün bazardan təxminən 13 milyard dollarlıq xalis pul çıxışı olub.

Bankın açıqlamasında qeyd olunub ki, əməliyyatlar “bank sistemində likvidliyin maliyyə qurumlarının ehtiyaclarını ödəmək üçün kifayət qədər və ağlabatan səviyyədə saxlanılması” məqsədi daşıyır.

MLF Çin banklarına daşınar aktivləri müqabilində Mərkəzi Bankdan orta müddətli kreditlər almağa imkan verir.

Əks repo əməliyyatlarında Mərkəzi Bank daşınar aktivləri daha sonra satmaq üçün almaqla nağd pulu bazara köçürür.

Çin Mərkəzi Bankının bazarlarda artımı artıran monetar ekspansiya gözləntilərinə qarşı ehtiyatlı pul siyasətini davam etdirdiyi müşahidə edilir.

Analitiklər, ABŞ-da inflyasiya məlumatlarının gözləntilərin üzərində çıxmasından sonra ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz endirimlərinə gözləniləndən gec başlaya biləcəyi ilə bağlı proqnozun PBoC-nin faiz qərarına təsir göstərə biləcəyini bildiriblər.

Mənbə: TrtHaber

Aynur Camal