Çində “Bahar şənliyi” şənlikləri davam edirbackend

Çinin Quandun əyalətinin mərkəzi Quançjouda “Bahar Festivalı” kimi tanınan Çin Yeni ili şənlikləri davam edir. Çin Prezidenti Si Cinpin bu gün Pekində ziyafətdə Bahar Bayramını qeyd edərək bütün Çin xalqını salamlayıb.

Bayram tədbirləri çərçivəsində şəhərin Yuexiu parkında keçirilən Fənər festivalı rəngarəng səhnələrin şahidi olub.

Fənərlərlə bəzədilmiş parkda vətəndaşlar bayram ab-havasını yaşayıblar. Çin Xalq Respublikasının Sədri Si Cinpin Çin Kommunist Partiyasının (ÇKP) Mərkəzi Komitəsi və Dövlət Şurası adından cümə axşamı Pekində keçirilən ziyafətdə bütün Çin xalqını Bahar Bayramı münasibətilə təbrik edib. Yığıncaqdakı çıxışında Xi Çində yaşayan bütün etnik qrupları və Honq-Konq, Makao və Tayvan kimi xaricdə yaşayan çinliləri salamlayıb. “Biz Çinin modernləşdirilməsindən güc aldıq, həm daxili, həm də beynəlxalq imperativləri nəzərə aldıq, bir çox çətinliklər və çağırışların öhdəsindən gəldik və Çini hər cəhətdən müasir sosialist ölkəyə çevirmək üçün yeni bir yolda möhkəm irəliləyiş əldə etdik” deyib.

Bu ilki “Bahar Festivalı” və ya “Çin Ay İli” fevralın 10-na təsadüf edir.

Mənbə: Ntv.Tr

Aynur Camal