Çində Covid-19-un yeni variantı JN.1 səbəbiylə ölümlər artdı!backend

Koronavirusun JN.1 variantı Çini kabus kimi vurub.120 min yoluxma ilə ölkə həyəcana keçib. Yeni variant sayəsində ölümlər artıb və cəsədlərin yandırıldığı krematoriyalar 24 saat xidmət göstərməyə başlayıb.

Covid-19-un mənşəyi olduğu düşünülən Çin hazırda koronavirusun yeni variantı JN.1 ilə mübarizə aparır. Ölkəni günü-gündən əhatə edən yeni variant xəstəxanalarda yer qoymayıb. Variant səbəbiylə ölüm halları artdıqca kremasiya mərkəzləri (krematoriyalar) sutkanın 24 saatı açıq olub.

Çinin Henan bölgəsindəki yerli xəbər mənbələrinə görə, dövlət tərəfindən idarə olunan krematoriyaların xalqın ehtiyaclarını qarşılaya bilmədiyi və davamlı olaraq fəaliyyət göstərdiyi, cənazə evlərinin isə morqların tələblərini qarşılaya bilmədiyi bildirilir.

“Üç il ərzində bir çox şəxsi dəfn evləri açılıb. Hazırda kremasiya mərkəzləri hər gün fəaliyyət göstərir və yandırılacaq cəsədlər donduruculara yerləşdirilir. Kremasiya üçün uzun növbə var”, – yerli sakin deyir.

Müxtəlif mənbələrə görə, hazırda ölkədə 118 977 müsbət hal var, onlardan 7 557-nin vəziyyəti ağırdır. Lakin ölkədə ölənlərin sayı barədə dəqiq məlumat yoxdur.

Bu xaosun Hindistanda da yaşandığı və Hindistan Milli Tibb Assosiasiyasının Covid işçi qrupunun vitse-prezidenti Rajeev Jayadevanın vəziyyəti düzgün qiymətləndirməyə çalışdığı bildirilir.

“Gözlənildiyi kimi, bir neçə ölüm halı qeydə alınıb, lakin əksər hallarda xəstəxanaya yerləşdirmə tələb olunmur. Ağır xəstəlik ümumiyyətlə yaşlı şəxsləri və birgə xəstəlikləri olanları əhatə edir”, – Jayadevan deyib.

Mənbə: TGRT

Aynur Camal