Regional hakimiyyət orqanları Çinin cənubunda daşqınlar zamanı fermadan qaçan 70-dən çox timsahı tapmaq üçün əməliyyata başlayıb.
“Yeni Gundem” xəbər verir kix Çin mətbuatında yer alan xəbərlərə görə, ölkənin cənubundakı Quandun əyaləti güclü yağış və daşqınların təsiri altındadır.
Quanqdonqun Maominq şəhərində bir ferma da su altında qalarkən, oradakı 70-dən çox timsah qaçıb.
Yerli əhalini “küçəyə çıxmayın” çağırışı
Bölgə rəhbərliyi timsahları tutmaq üçün əməliyyata başlasa da, yerli əhaliyə çölə çıxmamaq barədə xəbərdarlıq edilib.
Yerli mediada yer alan videolarda Penq Cun kəndi yaxınlığında ən azı 69 böyük və 6 körpə timsahı görmək olar.