Çində kimya zavodunda partlayış – Ölənlər varbackend

Çinin Daxili Monqolustan muxtar rayonunun Alaşan ərazisində kimya zavodunda baş vermiş partlayış nəticəsində azı dörd nəfər həyatını itirib, üç nəfər xəsarət alıb.

Bu barədə “Yeni Gündəm”-ə  “Sinxua” agentliyinə istinadən xəbər verir.

Onun məlumatına görə, insident cümə günü yerli vaxtla saat 23:00-da (Bakı vaxtı ilə saat 19:00-da-red.) qeydə alınıb. Partlayış kimya zavodunun oksidləşmə sexində baş verib.

Hazırda zavodun fəaliyyəti dayandırılıb, müəssisənin qanuni nümayəndəsi ictimai təhlükəsizlik orqanlarının nəzarəti altındadır.

İnsidentin səbəbi müəyyənləşdirilir, istintaq aparılır.