Çində tanker qəzası: 2 nəfər ölübbackend

Çində park edilmiş qaz tankerində sızma nəticəsində baş verən partlayışda iki nəfər həyatını itirib.

Çinin Sıçuan əyalətinin Yaan şəhərində fövqəladə hallar bölməsinin verdiyi məlumata görə, fəlakətə magistral yolda xidməti ərazidə dayanan qaz tankeri səbəb olub.

Təhlükəsizlik kamerasına düşən anlarda sürücü və köməkçisi dünən yerli vaxtla saat 17.32-də tankerdə işləyərkən sızma baş verdiyi, saniyələr sonra partlayışın baş verdiyi və yanğının başladığı görülüb.

Faciəvi hadisədə tankerin sürücüsü və köməkçisi hadisə yerində dünyasını dəyişib. Partlayış zamanı yaxınlıqda dayanmış daha bir avtomobil yanıb, maşında olan 2 nəfər xəsarət alıb.

Partlayışın gücündən daha bir avtomobil zədələnib. Əraziyə yanğınsöndürənlər və təcili yardım qrupları göndərilib, alov 1 saatdan sonra söndürülüb.

Partlayışın səbəbinin araşdırıldığı öyrənilib.

Mənbə: hurriyyət.tr

Aynur Camal