Çində torpaq sürüşməsi… Ölənlərin sayı 25-ə çatdıbackend

Çin dövlət mediası ölkənin cənub-qərbində ucqar və dağlıq bölgədə baş verən sürüşmə nəticəsində ölənlərin sayının 25-ə çatdığını bildirib.

AFP-nin məlumatına görə, Çinin Yunnan əyalətinin Zaotonq şəhərinin Zhenxiong rayonunda baş verən sürüşmə nəticəsində ölənlərin sayı 25-ə çatıb və qrupların axtarış-xilasetmə işləri davam edir. Axtarış işlərinə mindən çox personalın qatıldığı öyrənilib.

Xilasetmə qrupunun verdiyi açıqlamada yeni sürüşmə təhlükəsi səbəbindən böyük tikinti texnikasının sahədə istifadə edilə bilməyəcəyi və genişmiqyaslı əməliyyatların aparıla bilməyəcəyi bildirilib.

Dünən yerli vaxtla saat 05.51 radələrində Zhenxiongda baş verən sürüşmə nəticəsində 18 evin və 40-dan çox insanın torpaq altında qaldığı açıqlanıb. Ərazidən 200 nəfər təxliyə edilib. Şaxtalı soyuq və qar yağışından zərər çəkən bölgədə 3 nəfər xilas edilərkən, itkin düşənlərin axtarış-xilasetmə işləri davam edir.

“Axtarış və xilasetmə işləri gecə boyu davam etdi” deyən yanğınsöndürən Li Şenqlonq Çinin Xinhua xəbər agentliyinə bildirib və əlavə edib ki, fəlakətin baş verməsinə səbəb yuxarıdakı sıldırım qayalıq ərazinin çökməsi olub.

Mənbə: hurriyyət.tr

Aynur Camal