Çini bürüyən sirli xəstəliyin ən mühüm əlamətləribackend

Koronavirusun mənşəyi hesab edilən Çində yeni sirli epidemiya gündən-günə daha çox yayılır.

 Avropa ölkələrinə yayılan və ümumiyyətlə uşaqlarda müşahidə edilən xəstəliyin əlamətləri aydınlaşıb.

Çinin Uhan şəhərində ortaya çıxan Covid-19 epidemiyasından sonra Çin yeni bir epidemiya ilə mübarizə aparmağa çalışır. Dünyada milyonlarla insanın ölümünə səbəb olan koronavirusun təsiri hələ bitmədiyi bir vaxtda başlayan yeni epidemiya böyük narahatlığa səbəb olub. Mütəxəssislər bildiriblər ki, yeni virusu tədqiq edərkən koronavirusa bənzər məlumatlar əldə ediblər. Xəstəliyin mövcud dərmanlara davamlı olduğu da qeyd olunub.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çindən epidemiya ilə bağlı açıqlama tələb edib.  Mütəxəssislər, xəstəliyin 1800-cü illərə aid bir sətəlcəm virusundan qaynaqlandığının və ya bir çox fərqli virusun qarışığı olub-olmamasının hələ müəyyən edilmədiyini bildirib.

Covid-19 virusuna bənzər xəstəliyin Hindistanla yanaşı, Danimarka, Hollandiya kimi Avropa ölkələrində də müşahidə edildiyi və xüsusilə uşaqları təsir etdiyi bildirilib.

Avropada əsasən uşaqları təsir edən xəstəliklə bağlı elmi araşdırmalar dərc edən ZME Science media orqanının baş redaktoru Mihai Andrei, “Bu virus normal olaraq pnevmoniyaya bənzər xəstəlikləri sağaldan dərmanlara davamlıdır”.

Andrey Çinin bəzi şəhərlərini viran qoyan xəstəliyə qarşı müqavimət nisbətinin yüzdə 70-90 arasında olduğunu da açıqlayıb.

 İngilis mediasında yer alan xəbərlərdə əsasən uşaqlarda görülən bu sirli xəstəliyin birdən çox kritik əlaməti olduğuna diqqət çəkilib:

Çox yüksək hərarət

Tərləmə və titrəmə

Hipertoniya

Kəskin və ağrılı sinə ağrısı

Qısa nəfəs

Nəfəssiz olmaq

Quru qarışıq öskürək

Mənbə: TGRT

Aynur Camal