Çini “düşmən” elan etdilərbackend

ABŞ və Yaponiya virtual oyunda Çini “xəyali düşmən” elan etdilər.

“The Japan Times” qəzetində dərc olunan xəbərdə ABŞ və Yaponiyanın birgə hazırladığı virtual oyunda Çin “xəyali düşmən” olaraq yer alıb. Onlar təlimin ssenarisini “xüsusi sirr” kimi təsnif ediblər.

ABŞ və Yaponiya arasında keçirilən virtual hərbi təlimdə ilk dəfə Çindən “xəyali düşmən” kimi istifadə edildiyi iddia edilib.

“The Japan Times”ın hökumət mənbələrinə istinadən verdiyi məlumata görə, Yaponiya Özünümüdafiə Qüvvələri (SDF) ilə ABŞ ordusu arasında keçirilən hərbi təlimdə hipotetik müharibədə düşmən kimi Çin göstərilib.

Cümə axşamına qədər davam etməsi planlaşdırılan kompüter simulyasiyası məşqində Tayvanda fövqəladə vəziyyətə reaksiya ssenarisi işlənir.

Bildirilir ki, təlimin ssenarisi Yaponiyanın məxfilik qanununa əsasən “xüsusi sirr” kimi təsnif edilib.

Mənbə: TGRT

Aynur Camal