Co Baydeni atasının kəsilmiş başı ilə hədələdibackend

Qan donduran vəhşilik: ABŞ-da dəhşətli qətl… 20 il Co Bayden administrasiyasında çalışan, atasının başını kəsən şəxs Baydeni kəsilmiş başı ilə hədələyib.

32 yaşlı Castin Mohn ABŞ lideri Co Baydenin komandanlığı altında işləyən 68 yaşlı atası Mayklını dəhşətli şəkildə qətlə yetirib. Bazar ertəsi gecəsi atası ilə birlikdə yaşadığı evdə atasının başını kəsən Mohn YouTube-a 14 dəqiqəlik video yükləyib və Baydeni çantaya qoyduğu atasının kəsilmiş başını kameraya tutaraq hədələyib.

Ətrafındakıların onu məsih kimi gördüklərini iddia edən Mohn, Bayden yerinə onun prezident olmasını istədiklərini də bildirib. Atasının kəsilmiş başı ilə video çəkən Mohn videoya baxanları Bayden hökumətində işləyən tanışlarını öldürməyə çağırıb.

O, həmçinin ABŞ administrasiyasının yüksək səviyyəli şəxslərini öldürənlərə 1 milyon dollar verəcəyini bildirib və ABŞ-da “kommunist sui-qəsdi”nin olduğunu müdafiə edib. Mohn, “Hazırda bunun üçün 10 milyon dollarım var, amma daha çox pula ehtiyacımız var. Ümid edirəm ki, amerikalılar vətən sevgisi ilə bu xain idarəçiliyə qarşı mübarizəyə davam edəcəklər”.

Bayden rəhbərliyinin immiqrasiya siyasəti və iqtisadi böhranı ilə ölkəni məhv etdiyini deyən Mohn, “Federal hökumətin xəyanətinə qarşı yeganə yol şiddətdir. Bu, Mayk Mohnun ağlıdır. 20-dən çox federal hökumət üçün çalışıb. O mənim atam idi. İndi vətənə xəyanət edən bir xain olaraq cəhənnəmə getdi” deyib.

Dəhşətli video saatlarla YouTube-da qaldıqdan sonra dünən silindi, lakin ölkədə böyük əks-səda yaratdı. Qətlə yetirilən atanın başsız meyiti evin hamamında tapılıb.

Stin Mohn qətldən sonra evdən 2 saat uzaqda polis tərəfindən tutularaq saxlanılıb.

Mənbə: TGRT

Aynur Camal