Coldplay konserti böhrana səbəb oldubackend

Filippin prezidenti Ferdinand Marcos Jr.-ın prezident vertolyotu ilə paytaxt Manilanın şimalında təşkil edilən Coldplay konsertinə getməsi böyük reaksiyaya səbəb olub.

Markosun şəhərdəki sıx trafikdən qaçmaq üçün helikopterə üstünlük verdiyi bildirilərkən, ictimaiyyət trafik probleminə həll tapacağını gözlədikləri Markosu dövlət imkanlarından şəxsi maraqları üçün istifadə etdiyinə görə tənqid edib.

Filippin Prezidentliyinin Təhlükəsizlik Qrupunun rəhbəri, briqada generalı Xesus Nelson Morales konsertə qatılmaq istəyən 40 min nəfərlik görünməmiş izdihamın nəqliyyat problemi həmçinin bunun prezident üçün təhlükəsizlik təhdidləri yaratdığını və helikopterdən istifadə edildiyini bildirib.

Mənbə: hurriyyət.tr

Aynur Camal