FTB ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun portretini axtarır.
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Koloradoda oğurlanmış ilk prezident Corc Vaşinqtonun portretini axtarır. FTB bu barədə X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində məlumat yayıb.
1800-cü illərin əvvəllərində çəkilmiş Corc Vaşinqtonun portreti tarixi əhəmiyyətə malikdir. Oğurlanmadan əvvəl o, Kolorado ştatının Englewood şəhərindəki anbarda idi.
CBS News xəbər verir ki, FTB həm portretin özünü, həm də onu oğurlayan şübhəliləri tapmaq üçün Englewood polisi ilə birləşib. Fevralın 8-də ABŞ-ın Alabama ştatında naməlum şəxslərin radiostansiyadan 60 metrlik qülləni səssizcə oğurladığı bildirilib.
Mənbə: Lenta.Ru
Aynur Camal