İstanbulda çörəyin yeni qiymət artımı olub.
İstanbul Ticarət Palatasına (İTO) bağlı çörəkbişirmə sexlərində qiymətlər dəyişib. İTO-nun noyabr ayı şura iclasında Maksimum Çörək Qiyməti Tarifinə əsasən, 200 qram çörəyin qiyməti 8 lirə olub.
İTO-ya bağlı çörək sexlərində 200 qram çörəyin qiyməti 8 TL-yə qaldırılıb. İTO-nun noyabr ayı şura iclasında İstanbulda İTO-ya üzv olan çörəkbişirmə müəssisələrinin çörək qiymət tariflərinin müəyyən edilməsi üçün səsvermə keçirilib.
Səsvermə nəticəsində Maksimum Çörək Qiyməti Tarifi belə hazırlanmışdır: “İstanbulda 1 kiloqram çörəyin qiyməti maksimum 40 lirəni keçməmək şərti ilə 200 qram çörəyə 8 TL olacaq”, və bu qəbul edilib.
Həmçinin qeyd olunub ki, əvvəlki artım Avqust ayında müşahidə olunmuşdu.
Mənbə: TGRT
Aynur Camal