Çörək sexinə basqın edən maskalı şəxs axtarılırbackend

Gəncə şəhərində naməlum maskalı şəxs çörək sexinə basqın edib.

“Yeni Gündəm” xəbər verir ki, hadisə martın 1-i gecə saat 01 radələrində baş verib. Naməlum maskalı şəxs şəhərin Mircəlal Paşayev küçəsində yerləşən çörək sexinə basqın edərək əlindəki bıçaqla orada işləyən 1977-ci il təvəllüdlü Müşfiq Əliyevi hədələyib.

Həmin şəxs bu yolla kassada olan 95 manat pulu götürərək hadisə yerindən qaçıb.

Gəncə RPİ tərəfindən müəyyən edilərək saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.Qafqazinfo