“Coşqun bu rolu elə oynayır ki, qadın baxanda deyir, jestə bax” – Fərdabackend

Aktyor Fərda Xudaverdiyev “Qadın paltarında atılıb düşməyə ehtiyac yoxdur” sözlərinə aydınlıq gətirib.

“Yeni Gundem” xəbər verir ki, sənətçi “Səhərin səsi” verilişində Əməkdar artist Rafael İsgəndərov və Coşqun Rəhimova söz atmadığını deyib:

“Söhbət məndən gedirsə, qadın paltarı geyinmirəm. Geyinənlərə isə pis baxmıram. Başlığı oxuyub, şərh yazıblar. Mənim seçimim belədir. Rafael və Coşqun bizdən əvvəl sənətə gələn insanlardır. Verdilər, Fərda deyir ki, qadın paltar geyinmək olmaz. Altına qoydular Rafael və Coşqunun şəklini. Sosial şəbəkədəkilər də söyüşdən yazırlar. Bir oturub videoya baxın, görün nə demişəm. Bu yaşa gəlmişəm, eyni səhnəni bölüşürük. Fərda Rafael, Coşqunla gündəmə gəlməyə ehtiyac duydu? İlk növbədə aramızda yaş fərqimiz var. Onların qadın paltarı geyinməyi, günlərlə konsert verməyi danılmazdır. Qadın incəlikləri var. Coşqun bu rolu elə oynayır ki, qadın baxanda deyir, jestə bax”.

Axşam.az