Coşqun Əliyevdən heyrətamiz təqdimat:Süd-qatığ satan dostunu vəzifəyə təyin etdi,o da borcunu BELƏ ÖDƏDİ – FOTOFAKTbackend

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev bir müddət bundan əvvəl Ruslan Rzayev adlı dostunu Quba-Xaçmaz Regional Təhsil İdarəsinə məsul vəzifəyə təyin etdi.

”Yeni Gundem”-in məlumatına görə, təhsillə yaxından-uzaqdan heç bir əlaqəsi olmayan bu şəxsin təhsil idarəsinə işə götürərək təhsilə “böyük qatqı”qatan Coşqun Əliyevin sözügedən bu dostu isə buna qədər süd məhsullarının emalı və satışı ilə məşhurlaşıb.

Uzun illərin dostluğu və xətir-hörmətinə olan sədaqəti isə Coşqun Əliyevin onu bu məsul vəzifəyə təyin etməsinə səbəb olub.

Dost belə olar!
Teodor Ruzveltin belə bir sözü var.
“Təhsilsiz birisi ən çoxu bir vaqonu,universitet məzunu isə bütöv dəmir yolunu oğurlaya bilər.”
Ruzveltin bu məsəlini bilirsiz niyə çəkdik?
Məntiqi bir müqayisə aparmaq zərurəti olmuş olsa Coşqun

Əliyevin yağ-pendir satan bu dostu region təhsilinə nə verə bilər?

Ruslan Rzayev bu vəzifəyə təyin edildikdən sonra idarədə və regionda “mükəmməl” bir davranışla ad-san qazanıb.

Qubaya gəldikdən sonra o gecə saatlarında Qubada yerləşən restoranların birində sərxoş halda dava salıb və polisə düşüb.Amma dostu Coşqun Əliyev dərhal bu məsələyə müdaxilə edərək onu həm polisdən qurtarıb həm də bu hadisənin yayılmasının qarşısını alıb.

Dost həmdə belə olar!
Dost-dosta tən gərək!

Küçə jarqonu ilə söyüşcül dili və bayağı davranışları Ruslan Rzayevin ən simvalik fakturasını təmsil edir.Yüzlərlə pedaqoqun təmsil edildiyi təhsil kimi mədəni və kübar bir struktura belə bir “əfsanə”qaranlıqda parıldayan almasa bənzəyir.

Parıldaya-parıldaya gözlər qamaşdırır.
Dostunu göstər kim olduğunu deyim!

Təhsil hara,süd,qatıq pendir hara ay Coşqun Əliyev…

Bir dana naxırın adını korlayır axı…
Tomas Martinin də belə bir sözü var.
“Bacaran iş görür,bacarmayan dərs verir.Dərs verməyi bacarmayan isə dekan olur.”
Dəyərli məsləhət qızıl qiymətindədir.Dəyərini bilmədiyin hikmətlər isə qıcqırmış iy qoxan yağlı pendir kimidir.

Mövzunu növbəti sayımızda daha isbatlı və təfərrüatlı təqdim edəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Yenigundem.az