“Peşəkar Çövkən Liqasında 10 komanda iştirak edəcək. Ümid edirəm ki, komandalar ədalətli oyun nümayiş etdirəcəklər”.
“Yeni Gundem” xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi və Peşəkar Çövkən Liqasının prezidenti Bəhruz Nəbiyev Peşəkar Çövkən Liqasının builki açılış mərasimindən öncə mətbuat konfransında deyib.
Bəhruz Nəbiyev bildirib ki, yarışda hər bir komanda ev oyunu və səfər oyunu keçirəcək.
“Bütün oyunlar Binə Atçılıq Mərkəzində olacaq. Sonrakı illərdə isə komandaların öz meydanı olacaq. Qalib komandaya 3 xal veriləcək”.
O bildirib ki, bu gün püşkatma baş tutacaq. Liqanın sonunda şəxslər və atlar təltif olunacaq. Açılış mərasimində ilk turun iki oyunu baş tutacaq.