Çox güclü zəlzələ baş verdibackend

Sakit okeandakı ada ölkələrindən biri olan Vanuatuda çox güclü zəlzələ baş verib.

Zəlzələdən sonra sunami xəbərdarlığı edilib. ABŞ Geoloji Xidməti (USGS) episentri Vanuatunun İzangel şəhərində olan zəlzələnin maqnitudasını əvvəlcə 7,3 olaraq açıqlasa da, sonradan onu 7,1 bal gücündə yeniləyib.

Şəhərdən 123 kilometr cənubda, 48,4 kilometr dərinlikdə qeydə alınan zəlzələdən sonra sunami xəbərdarlığı edilib.

Zəlzələdə can və ya mal itkisinin olub-olmadığı hələlik məlum deyil.

Noyabrın 22-də Vanuatuda 6,7 ​​bal gücündə zəlzələ baş verib.

Vanuatunun Port Orli şəhəri sahilindən 98 kilometr aralıda, 22 kilometr dərinlikdə baş verən zəlzələdə can və mal itkisi olmayıb.

Mənbə: TrtHaber

Aynur Camal