Çox sayda yeni bitki və göbələk növü tapılıbbackend

İngiltərənin Kew Kral Nəbatat Bağının alimləri 2023-cü ildə 74 yeni bitki və 15 göbələk növü müəyyən ediblər. Kew Gardens’ın göbələk mütəxəssisi Dr. Raquel Pino-Bodas, “Bu kəşflərlə qida, dərman və aktiv maddələr kimi təbii vasitələrlə bu gün qarşılaşdığımız problemlərə həll yolu tapmaq olduqca mümkündür” deyib.

Kew Gardens alimlərinin apardıqları araşdırmalar nəticəsində Antarktidadakı qayalardan tutmuş vulkanların zirvələrinə qədər dünyanın müxtəlif yerlərində aşkar edilən canlıların ən azı dörddə üçünün qorunması lazımdır.

Baş elmi işçi və tədqiqat rəhbəri Dr. Martin Cheek, sözügedən canlıların adlandırılmasının növlərin qorunması üçün atılan ilk addım olduğunu ifadə edib.

Kew Gardens’ın göbələk mütəxəssisi Dr. Raquel Pino-Bodas, “Bu kəşflərlə qida, dərman və aktiv maddələr kimi təbii vasitələrlə bu gün qarşılaşdığımız problemlərə həll yolu tapmaq olduqca mümkündür” deyib.

Kew Gardens tərəfindən 2023-cü ildə kəşf edilən 74 bitki və 15 göbələk növünün diqqət çəkən məqamları aşağıdakı kimi verilmişdir:

– Antarktidada üç yeni göbələk növü tapılıb

– Vulkanik ərazilərdə yaşayan və İndoneziyanın Waigeo adasındakı Nok dağının zirvəsində aşkar edilən səhləb.

– Asiyada Borneo adasında rast gəlinən və yerin altında bitən “Pinanga subterranea” adlı xurma.

– Ətyeyən olduğu düşünülən və Nanə fəsiləsinə aid olan “Crepidorhopalon droseroides” adlı bitki. Anqolanın Kalahari səhrasında qumun altında yaşayan, yalnız çiçəkləri səthə çıxan iki ağac növüdür.

– Madaqaskarda aşkar edilmiş şəffaf və solğun çiçəkli səhləb

– Cənubi Koreyada qida tullantılarında aşkar edilən göbələk növü

– Taylandda tapılan yasəmən rəngli çiçək

– Cənubi Afrikada tapılan indiqo tərkibli bitki

Mənbə: Ahaber

Aynur Camal