Çoxhüceyrəli eukaryot fosilləri aşkar edildibackend

Çində arxeoloqlar 1,63 milyard il əvvələ aid çoxhüceyrəli eukaryot qalıqlarının varlığını aşkar ediblər. Çinin Sinxua agentliyinin xəbərinə görə, Çin Elmlər Akademiyasına bağlı Nankin Geologiya və Paleontologiya İnstitutunun tədqiqatçıları Çinin şimalındakı Yanşan dağlarında “Qingshania magnifica” adlı bir qrup mikrofosil aşkar ediblər.

Elm adamları “Science Advances” jurnalında dərc etdikləri məqalədə, 1,63 milyard il əvvələ aid olan yeni tapılan fosillərin hüceyrə olan eukariotların keçidini sübut etməklə planetdəki həyatın təkamülünü işıqlandıra biləcəyini vurğulayıblar.

Kəşf bu cür orqanizmlərin şəcərəsini ən son tapıntılardan təxminən 70 milyon il geriyə itələdi. Bundan əvvəl, 2016-cı ildə 1,56 milyard il əvvələ aid çoxhüceyrəli eukariot fosillərinin mövcudluğu aşkar edilmişdi.

Yeni kəşf edilən fosillərin hüceyrə diametri 190 mikrometrə qədər olan tək cərgəli və budaqsız filamentlərdən ibarət olduğunu qeyd edən çinli tədqiqatçılar, qalıqların böyük ehtimalla “fotosintetik yosunlar” olduğu qənaətinə gəliblər.

Bu günə qədər kəşf edilən hüceyrə orqanizmlərinin ən qədim fosilləri Çin və Avstraliyada tapılan və 1,65 milyard il əvvələ aid olan təkhüceyrəli formalardır.

Mənbə: TrtHaber

Aynur Camal