İndoneziyanın Sumatra adasının qərbində yerləşən Merapi vulkanı püskürüb. İlkin məlumata görə, 11 alpinist həyatını itirib, 12 alpinist isə itkin düşüb. Axtarış-xilasetmə işləri davam edir.
Ştatın paytaxtı Padanqdakı yerli Axtarış və Xilasetmə İdarəsinin rəsmisi Hari Aqustian da qeyd edib ki, dekabrın 2-də dağa qalxmağa başlayan təxminən 75 alpinistdən 52-si xilas edilib, onlardan 8-i bədən xəsarətləri səbəbindən xəstəxanaya yerləşdirilib.
Ölkənin Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi dünən Merapi vulkanının təxminən 3 kilometr yüksəkliyə kül səpdiyini və isti kül buludlarının şimala doğru irəlilədiyini açıqlayıb.
Bildirilib ki, səlahiyyətlilər aktivliyin artması səbəbindən bir neçə həftədir ki, yanvar ayından aktiv olan Merapi vulkanını “yaxından izləyir”.
“Sakit okean atəş halqası” zəlzələ və vulkan qurşağında olan İndoneziyada 130 aktiv vulkan var.
Mənbə: Anadolu Agentliyi
Aynur Camal