Türkiyədə 29 oktyabr Respublika Gününə günlər qalmış süni intellektlə çəkilmiş video sosial şəbəkələrdə yayılıb. Sosial media məzmun prodüseri tərəfindən hazırlanan videoda Cüneyt Arkından Zeki Mürenə, Fatma Girikdən Münir Özkula qədər bir çox Türkiyəli məşhur adlar cümhuriyyətlə bağlı fikirlərini bölüşürlər.Videonun sonunda isə səsi süni intellektlə yenidən yaradılan Cümhuriyyətimizin qurucusu Mustafa Kamal Atatürk danışır.Həyatımıza daxil olan süni intellekt Atatürkə və 14 məşhur sənətçiyə həyat verdi. Videodakı səslər və görüntülər əsli kimi idi.
“Yeni Gundem” xəbər verir ki, sözügedən videonu sosial media məzmun prodüseri Gökhan Tümler hazırlayıb.
Videoda musiqidə, kinoda, teatrda bir dövrə iz qoymuş sənətçilər cümhuriyyət haqqında fikirlərini bölüşüblər. Sənətçilərdən sonra videonun sonunda sürpriz olub. Süni intellektdən istifadə edərək bu dəfə Türkiyə Cümhuriyyətinin qurucusu Ulu Öndər Mustafa Kamal Atatürkə söz verilib.
Mustafa Kamal Atatürkün və 14 sənətçinin obrazları və səsləri özləri qədər real idi. Belə ki, video qısa zamanda sosial mediada trend mövzusuna çevrilib. Məzmun prodüseri Gökhan Tümler videoda səs klonlama texnikasından istifadə etdiyini bildirib. Tümler sosial mediadakı paylaşımında “Cümhuriyyəti bizə verdiyi dəyərlərlə xatırlamaq istədim. Onlar Cümhuriyyətlə əbədi yaşayacaqlar!” deyib.
Mənbə: TGRT
Aynur Camal