Daha bir azyaşlı intihar etdibackend

İranın Yasuc şəhərində 11 yaşlı məktəbli qız Yəsna Şucayi əmisinin arvadına məktub yazdıqdan sonra həyatına son qoyub.

Məktubunda “Mən həyatdan bezdim” sözlərini yazan azyaşlının maddi və ailə problemləri zəminində intihar etdiyi bildirilib.

Məlumata görə, bu həftə ərzində 14 yaşlı Mina Sadiqi adlı daha bir məktəbli qız da intihar edib. Şahidlərin sözlərinə görə, həmin qızın cansız bədəni tapılarkən saçları qırxılmış və ağ paltar geyindilimiş vəziyyətdə olub.

Qeyd edək ki, İranın bəzi əyalətlərində saç qırxmaq üsulu ümumiyytlə üsyankar qızları cəzalandırmaq üçün istifadə edilir.

Mənbə: Azad İran

Aynur Camal