Daha bir jurnalisti qətlə yetirildibackend

İsrail ordusunun oktyabrın 7-dən hücumlarını davam etdirdiyi Qəzza zolağında daha bir jurnalisti öldürdüyü açıqlanıb.

Qəzzadakı hökumətin Media Ofisindən verilən açıqlamada İsrailin Qəzza şəhərindəki Şifa Tibb Kompleksinə etdiyi mühasirə zamanı yaralanan jurnalist Əkrəm Şafiinin həyatını itirdiyi bildirilib.

Şafiinin Fələstinin Səfa mətbuat agentliyinə yazdığı açıqlamada İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına etdiyi hücumlarda həyatını itirən jurnalistlərin sayının 107-yə yüksəldiyi vurğulanıb.

Açıqlamada həyatını itirən jurnalistin ailəsinə və yaxınlarına başsağlığı verilib.

Media Ofisindən əvvəlki açıqlamada İsrailin “Fələstin hekayəsini susdurmaq, faktları gizlətmək, xəbər və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatmasının qarşısını almaq üçün Qəzzada jurnalistləri qəsdən öldürdüyü” bildirilmişdi.

Mənbə: TrtHaber

Aynur Camal