Daha bir marşrut xətti kart sisteminə keçirbackend

24.05.2021-ci il tarixindən 113 nömrəli marşrut xətti ( “Qara Qarayev” m/s – Əmircan qəs.) üzrə hərəkət edən avtobuslarda da gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

“Yeni Gündəm” xəbər verir ki, iş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq.

Bununla bağlı əvvəlcədən məlumat veriləcək.