Daha bir təyyarə qəzası baş verdibackend

Yaponiyanın ANA şirkətinə məxsus iki sərnişin təyyarəsi Osaka hava limanının uçuş-enmə zolağında toqquşub. Yaponiyada All Nippon Airways (ANA) aviaşirkətinə məxsus sərnişin təyyarələri Osaka hava limanında toqquşub.

Rəsmi Kyodo agentliyinin məlumatına görə, İtami hava limanında baş verib.

Daxili terminalın uçuş-enmə zolağında baş verən qəzada ekipaj üzvləri və sərnişinlərdən heç kim xəsarət almayıb. Təyyarələrə cüzi ziyan dəyib. Osaka ilə Hyoqo əyaləti arasında yerləşən Itami hava limanı köhnə paytaxt Kiotoya ən yaxın hava limanı kimi tanınır.

Mənbə: TrtHaber

Aynur Camal